Sosial şəbəkədə biz:

ABŞ xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

ABŞ Prezidenti Donald Tramp fövqəladə büdcə xərclərini təxminən 3 milyard dollar azaldacaq ki, bunun da 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulmuşdu.

Bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Portal yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı 2,5 milyard dollarlıq yardım, miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi.

Bununla belə, sözügedən tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək./APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol