Sosial şəbəkədə biz:

“Evin içində tuta-tuta gəzirəm...”

“Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib-gedir, darıxmıram”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.

O bildirib ki, hazırda müalicəsini davam etdirir: “Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular.  Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam”.

Xatırladaq ki, Xalq artisti ötən il infarkt keçirmişdi. Ona həm də ağciyər ödəmi diaqnozu qoyulmuşdu.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol