Sosial şəbəkədə biz:

Xaricdə işləmək istəyən Sumqayıt sakinlərini aldatdılar - VİDEO

Xaricdə işləmək istəyən vətəndaşlar dələduzluğun qurbanına çevriliblər.

Onlar iddia edirlər ki, xarici ölkədə işə düzəlmək adı ilə dələduzluq qurbanı olublar.

Hadisə Sumqayıt şəhər sakinləri Məcid Sadıqov və Anar Şıxbabayevin başına gəlib. Onlar sosial şəbəkədə tapdıqları şəxsin vədlərinə inanaraq, Slovakiyada işləmək istəyiblər. Bu məqsədlə də sənədlərini və 3050 manat pulu İnara kimi tanıdıqları qadına veriblər.

İşlə bağlı xəbər çıxmadıqda isə həmin qadınla əlaqə saxlayıblar. Onun ad-soyadının əslində Münəvvər Muxtarova olduğunu öyrəniblər. O, vətəndaşlara səfirliyin qarşısına toplaşmaq lazım olduğunu deyib. Onlar da səfirliyə yaxınlaşdıqda aldadıldıqlarını başa düşüblər. Anar Şıxbabayev deyir ki, həmin qadın onlarla bərabər bir çox şəxsi də aldadıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=tgxSCJqJCLs


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol