Sosial şəbəkədə biz:

“Beşiktaş” - “Qalatasaray” matçını türkiyəli hakim idarə edəcək

27 March 2025, 08:35
Gündəm

Türkiyə Super Liqasında XXIX turunun hakim təyinatları açıqlanıb.
"Beşiktaş" - "Qalatasaray" oyununu əcnəbi hakim idarə etməyəcək.

TFF-nin görüşlə bağlı referi Yasin Kola tapşırıq verdiyi bildirilib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, martın 29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.