Sosial şəbəkədə biz:

Tramp: "Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq"

"Biz Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq".

Bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Vince Show” verilişinə müsahibəsində deyib.

O, ada sakinlərinin ABŞ vətəndaşlığını istəmələri ilə bağlı məlumatsız olduğunu bildirib. ABŞ Prezidenti milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, martın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens Qrenlandiyaya səfər edəcək və ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər Qrenlandiyada ciddi narazılıq yaradıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol