Sosial şəbəkədə biz:

“Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur” – Elçin Əmirbəyov

27 March 2025, 08:39
Gündəm

“Ermənistanı razılaşmaya getməyə təşviq edən nüanslardan biri bu fürsətin daimi olmayacağıdır. Onu əldən vermək səhv olardı”.
Bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, yekunlaşan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır:
“Bu müqavilə son yox, başlanğıcdır. Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur. Biz Qafqazın daha firavan və dinc gələcəyinə dair ümumi baxışla irəliləməliyik”.