Sosial şəbəkədə biz:

Televiziyada reytinq toplaya bilmədi - Yutubda milyonlar izləyir

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda yer aldığı “Eşref Rüya” serialı televiziya ekranlarında gözlənilən reytinqi toplaya bilməsə də, internet platformalarında böyük maraqla qarşılanıb.

Sezona iddialı başlayan serial ilk bölümü ilə yutubda uğur qazanıb.

Belə ki, “Kanal D”nin rəsmi kanalında yayımlanan ilk bölüm qısa müddətdə 10 milyon baxışı keçib və hələ də sürətlə izlənilməyə davam edir.

“Eşref Rüya”nın televiziyada kifayət qədər izlənilməməsinin əsas səbəbi kimi eyni gündə yayımlanan “Sahipsizlər” serialı göstərilir. Görünən odur ki, tamaşaçılar əvvəldən alışdıqları “Sahipsizlər”i izləməkdən imtina etmək istəmirlər.

Buna baxmayaraq, güclü aktyor heyəti ilə seçilən “Eşref Rüya”nın gələcəkdə reytinqlərdə yüksəlmə ehtimalı böyükdür. Yutubda qazandığı populyarlıq serialın qarşıdakı bölümlərində televiziya izləyicisini də cəlb edəcəyini göstərir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol