Sosial şəbəkədə biz:

Prezident: "Azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır"

"Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır".

Azinforum.az xəbər verir ki, bunu prezident İlham Əliyev martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib.

Onun deməsinə görə, ilin sonuna qədər də təqribən 30 min, 40 min insan qayıtmalıdır: "İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə".

Baş nazir Əli Əsədovun deməsinə görə, ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17.6 milyard manat, o cümlədən 2024-cü ildə 5.3 milyard manat ayrılıb. 2025-ci ildə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol