Sosial şəbəkədə biz:

Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib.

Azinforum.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur.

Son 1 ildə Azərbaycanın Yaponiyaya ixracının dəyəri 29,1 % azalaraq 1,9 milyon ABŞ dollarına düşüb, bu ölkədən idxalının dəyəri isə 33,6 % artaraq 55,6 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Yaponiyanın Azərbaycanın ümumi ixracında payı 0,04 %, ümumi idxalında payı isə 1,34 % olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol