Sosial şəbəkədə biz:

"Qarabağ" "Turan Tovuz"a böyük hesabla qalib gəldi

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb.

Çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşıb. Lider "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb. Matç ağdamlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" turnir cədvəlində 67 xalla 1-ci, "Turan Tovuz" isə 43 xalla 4-cüdür.

Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. Beləliklə, "Qarabağ" bu mövsüm "Turan Tovuz" üzərində ilk qələbəsini qazanıb.

28 mart (cümə)

19:35. “Turan Tovuz” – “Qarabağ” - 1:4

Qollar: Kadi Borqes, 16 - pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol