Sosial şəbəkədə biz:

Azərbaycan Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib – Fotolar

Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.
Bu barədə  Azərbaycanın Suriyadakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, iftar süfrəsi Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə həyata keçirilib.
“Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb”, - məlumatda deyilir.





Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol