Sosial şəbəkədə biz:

"Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər? - VİDEO

29 March 2025, 09:05
Gündəm

Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nə gedən yol bərbad vəziyyətdədir.

Sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

"Yol kələ-kötürdür, maşınlarımız dağılır. Uşaqları məktəbə aparanda, işə gedib-gələrkən çox əziyyət çəkirik", - narazı sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron RİH və Masazır bələdiyyəsi tərəfindən qeyd olunan ərazidə mütəmadi olaraq cari təmir işləri aparılıb:

"Sözügedən küçənin əsaslı təmirə ehtiyacı var. Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda Masazır bələdiyyəsinin tədbirlər planına daxil edilib. Yağışlı havalar bitdikdən sonra cari təmir işlərinə başlanılacaq".

https://www.youtube.com/embed/O4TLpkaX9cM