Sosial şəbəkədə biz:

Quzu ətindən bahalı göbələk: "Qiyməti 60 manatdır" -VİDEO

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.

Quzuqarnı toplayan Oğuz sakini İbrahim İbrahimov bu göbələyin adını görünüşünə görə aldığını bildirib:

"Quzuqarnına əvvəlki qədər rast gəlinmir. Ərazidə bu bitkinin kökünü kəsdikləri üçün daha yetişmir. Məcbur olub başqa tərəflərdə axtarırıq".

İldə bir dəfə bitən bu göbələyin qiyməti quzu ətindən belə bahadır.

"Dağətəyi ərazilərdə bitir. Qiyməti 35-40 manat arasında dəyişir. Marketlərdə satılan göbələklərdən 10 dəfə, quzu ətindən isə iki dəfə bahadır. Təzə çıxdığı üçün indi qiyməti 60 manatdır", - başqa bir Oğuz sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

https://www.youtube.com/embed/ardkEkyNw5g


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol