Sosial şəbəkədə biz:

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr olub

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 26-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasına səfər edib. Əlavə edilir ki, martın 28-də Pekin şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycandan E.Məmmədov, Çin tərəfindən isə xarici işlər nazirinin müavini Lyu Bin başçılıq ediblər.

"Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb", - məlumatda vurğulanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol