Sosial şəbəkədə biz:

Nazir: Onlar da sertifikasiyaya cəlb olunacaqlar

"Bağçada bir iş olsaydı, flankəs də işləyərdi" - uzun illər məktəbəqədər təhsil pilləsində bu məntiq işləyib. Artıq köhnə təfəkkürün dəyişmə zamanı çoxdan gəlib çatıb".

Bunu Xəzər TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, təhsilin bu pilləsində dəyişikliklər olacaq:

"3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda, bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir".

Emin Əmrullayev bildirib ki, şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol