Sosial şəbəkədə biz:

Gələn ay miqrant uşaqları üçün qadağa qüvvəyə minir - Azərbaycanlılar nə edəcək?

Aprel ayında Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə qəbuluna qoyulan qadağa qüvvəyə minəcək.

Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb.

Spiker bildirib: “Onlar ümumtəhsil müəssisəsinə daxil olarkən ölkəmizin ərazisində olmalarının qanuniliyi, habelə rus dilini bilmə səviyyəsi yoxlanılacaq”.

Dövlət Duması rəhbərinin sözlərinə görə, bu, həm uşağın özü, həm onun sosial uyğunlaşması, həm də məktəb kurikulumunu uğurla mənimsəməsi, həm də sinif yoldaşları və müəllimləri üçün vacibdir.

Ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin rus dili imtahanından kəsilən miqrantların uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu imzalayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol