Sosial şəbəkədə biz:

İlon Maskdan Azərbaycanla bağlı paylaşım - Foto

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

“Qafqazinfo”nun məlumatına görə, amerikalı milyarder, “Space X”in sahibi İlon Mask bununla bağlı “X” hesabında paylaşım edib.

“Starlink” indi Azərbaycandadır” - deyə, Mask yazıb.

Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.

“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol