Sosial şəbəkədə biz:

“Teymur Əmrah yaxşı sənətkardır, amma…”

30 March 2025, 08:54
Gündəm

“Teymur Əmrah yaxşı sənətkar, ifaçıdır.  Yaxşı müəllim, pedaqoqdur. Amma ruzi sənətlə deyil”.

Bu sözləri Əməkdar artist Zakir Əliyev “Tarixin bir günü” verilişində deyib.

Müğənni Əməkdar artist Teymur Əmrahdan danışıb. O bildirib ki, sırf sənətlə məşğul olanlar pul qazana bilmir:

“Böyük sənətin var, amma insanlığın yoxdur. Yaxşı səsim var və hamı mənə baş əyməlidir - belə şey yoxdur. Əsas qazanc toydandır. Toy ifaçısı başqa, səhnə ifaçısı başqadır. Səhnədə oxuduğun mahnıları toyda ifa edə bilməzsən. Toyun öz auditoriyası var”.  (Axşam.az)