Sosial şəbəkədə biz:

İran heç vaxt görmədiyi bombardmanla üzləşəcək - Tramp

31 March 2025, 09:07
Gündəm

Tehran nüvə proqramı ilə bağlı razılaşmaya getməsə, o zaman İran görünməmiş bombardmanla üzləşəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp NBC Nyus-a açıqlamasında deyib.

"Əgər onlar razılığa gəlməsələr, o zaman onların heç vaxt görmədikləri bombardman baş verəcək", - Amerika lideri bildirib.

Qeyd edək ki, İran tərəfi ABŞ-ın birbaşa danışıqlar təklifini rədd edib.