Sosial şəbəkədə biz:

AYNA Gəncədəki ofisi üçün 32,4 min manat icarə haqqı ödəyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, ev 20A ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektini icarəyə götürüb.
Yeniavaz.com xəbər verir ki, AYNA obyektin icarəyə götürülməsi üçün Qasımov Vidadi Vaqif oğlu (VÖEN – 1801017592) ilə satınalma müqaviləsi imzalayıb.
Müqavilənin şərtlərinə görə, AYNA Vidadi Qasımova məxsus 271 kvadratmetr qeyri-yaşayış sahəsini icarəyə götürəcək və bir il üçün icrə haqqı olaraq 32 min 400 manat (ayda 2 min 700 manat) ödəyəcək.
Qeyd edək ki, obyektin sahibi olan Vidadi Qasımov “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin sədri olub. 2022-ci ildə öz öhdəliklərini icra etmədiyi və qanunvericilik tələbini pozduğu üçün vəzifəsindən azad olunub.
Onu da bildirək ki, AYNA-nın Gəncə regional şöbəsi də Fikrət Əmirov küçəsində yerləşir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol