Sosial şəbəkədə biz:

Sığorta yığımlarının 87,5%-i 3 şirkətin əlində cəmlənib

Bu ilin ilk 2 ayı ərzində ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən yığılan 281,2 milyon manat məbləğində sığorta haqqının 69,5%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Belə ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 195,5 milyon manat olub.
Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 26,4 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 24,1 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta yığımlarının 87,5%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Qala” və “Atəşgah” şirkətinin əlində cəmlənib.
Bu ilin ilk 2 ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 246 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkət isə 454 min manatlıq yığımla “İpək Yolu Sığorta” şirkəti olub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol