Sosial şəbəkədə biz:

Dollarda qəfil bahalaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0477-dən 1.0485 AZN-ə yüksəlib. Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1842-dən 1.1680-ə qədər ucuzlaşıb. Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0213-dən 0.0211 manata qədər azalıb. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol