Sosial şəbəkədə biz:

Həkim üzgərmə əməliyyatında canlı yayım AÇDI

Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, hadisənin araşdırılması üçün işçi qrup yaradılıb.

"Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- qurumdan verilən məlumatda bildirilir.

Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol