Sosial şəbəkədə biz:

Yeni rüsumlar açıqlandı

ABŞ prezidenti Donald Tramp digər ölkələrlə yeni qarşılıqlı tariflərin tətbiq olunduğunu açıqlayıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

“Bir neçə dəqiqədən sonra mən dünya ölkələri üçün qarşılıqlı öhdəliklər haqqında tarixi fərman imzalayacağam. Qarşılıqlı. Bu o deməkdir ki, onlar bunu bizə, biz də onlara edirik. Çox sadə. Daha sadə ola bəzdi”, - Tramp qeyd edib.

Tramp xatırladıb ki, Vaşinqton vaxtı ilə gecə yarısı ABŞ ölkəyə idxal ediləcək bütün xarici istehsal avtomobilləri və ehtiyat hissələrinə 25% rüsum tətbiq edəcək.

Avtomobillərin rüsumları aprelin 3-dən, ehtiyat hissələri üçün isə bir qədər sonra qüvvəyə minəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol