Sosial şəbəkədə biz:

Sosial ödənişləri karta köçürmək üçün DSMF bu banklara 47,5 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqələrinin qalibləri “Azərbaycan Beynəlxalq Bankı” ASC (VÖEN - 9900001881) və “Kapital Bank” ASC (VÖEN - 9900003611) olub.
DSMF-nin Aparatında əmək haqlarının, eləcədə DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasına görə ABB-yə 22 milyon 981 min 530 manat 5 qəpik ödəniləcək.
Bundan başqa, DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinə görə “Kapital Bank”a 24 milyon 560 min 167 manat 80 qəpik veriləcək.
Qeyd edək ki, göstəriləcək xidmətlər bir illik dövrü əhatə edəcək. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol