Sosial şəbəkədə biz:

Cəzalanan klub prezidenti postundan gedir - Bir səhvdir ki, bu vəzifədə olmuşam

Azərbaycan II Liqasında mübarizə aparan “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev tutduğu postdan ayrıla bilər.

Bu barədə Teleqraf-a klub rəhbərinin özü məlumat verib.

O, klub prezidenti olmasını səhv addım adlandırıb: "Mənim də qismətimə bu yazılmışdı ki, nə vaxtsa klub prezidenti olacağam. Ümumi gedişata baxacağıq. Gedə bilərəmmi? Hər şey mümkündür”.

Xatırladaq ki, AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Hypers Guba" klubunun prezidenti Ayaz Abdullayevi XIX turun "Ağdaş"la ev oyunundan sonra hakimi təhqir etdiyi üçün cəzalandırıb. Klub rəhbəri 3 oyun şərti olmaqla, 5 matçlıq diskvalifikasiya olunub, "Hypers Guba" isə 400 manat cərimələnib.

Qeyd edək ki, “Hypers Guba” hazırda 14 komanda arasında 36 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol