Sosial şəbəkədə biz:

Qorxmaz Hüseynovun qardaşı oğlu Eldar Əzizovun müavini təyin edildi

03 April 2025, 16:10
Gündəm

Bakı şəhər icra hakimiyətinin başçısı Eldar Əzizova yeni müavin təyin olunub.

Tribunainfo.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinə müavin vəzifəsinə gətirilib.

A.Hüseynov əvvəl BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daha əvvəl o, icra başçısı Eldar Əzizovun oğlu ilə birgə SOCAR-da çalışıb.