Sosial şəbəkədə biz:

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib.

Azinforum.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 1,05 % çoxdur.
 Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il fevralın sonuna isə 1,9 % olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol