Sosial şəbəkədə biz:

"Mançester Yunayted" 17 yaşlı Əmir İbrahimovu transfer ETDİ

"Mançester Yunayted" 17 yaşlı rusiyalı futbolçu, yarımmüdafiəçi Əmir İbrahimovla ilk peşəkar müqaviləsini imzalayıb.

Daha əvvəl Dağıstan əsilli futbolçu Əmir İbrahimov klubla gənclər müqaviləsinə sahib idi. O, "qırmızı şeytanlar"ın akademiyasının yetirməsidir.

Cari mövsümdə İbrahimov İngiltərənin 18 yaşadək Premyer Liqasında 16 oyunda 6 qol vurub və 4 assist edib. Ümumilikdə isə futbolçu "Mançester Yunayted"in bütün turnirlərdə 25 oyununda iştirak edib, o cümlədən UEFA Gənclər Liqasında iki matçda meydana çıxıb.

"Mançester Yunayted"lə ilk peşəkar müqaviləmi imzaladığım üçün xoşbəxtəm. Heç nə dəyişmir, ağır iş davam edir. Əlhəmdülillah", – deyə İbrahimov sosial şəbəkə hesabında yazıb. 

Mənbə: https://www.championat.com/football/news-5960728-17-letnij-amir-ibragimov-podpisal-pervyj-professionalnyj-kontrakt-s-manchester-yunajted.html 

Musavat.com

Screenshot_1.png (619 KB)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol