Sosial şəbəkədə biz:

Əli Kərimlinin mühafizəçisi barəsində qərardan şikayət verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayəti verilib.

K.Zeynalovun vəkilinin verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Şikayətə aprelin 10-da baxılacaq.

Xatırladaq ki, martın 22-də Suraxanı Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Hakim təqdimatı təmin edib və K.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol