Sosial şəbəkədə biz:

Şərurlu İsfəndiyar qadın toruna düşüb: “Əlini çiynimə qoydu, şirin dilə çəkdi, idarəyə gəldik, sonra…”

“Məni tələyə salmaq istəyən qadınlar olub. O tora girmişəm. Hətta məni polisə, prokurorluğa da veriblər. Böhtan, şər... Qadın məsələsində yanılmışam. Qadın sahəsində çox bilmirəm. Hislərimdən sui-istifadə ediblər. Gərək, dünyada heç kimə inanmayasan”.

Bu sözləri "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) “TV Musvat”a müsahibəsində deyib.

“Bir gün dayanmışdım, gənc bir qadın yaxınlaşdı. Əlini çiynimə qoydu. Dedi ki, İsfəndiyar müəllim, sizi görmək istəyirəm. Şirin dilə çəkdi. İnsanıq də. Nə bilim, səhv etməyən insan yoxdur. Razılaşdıq ki, dost olaq. Sonra idarəyə gəldik. “Cənnət Məkan” Ailəvi İstirahət Mərkəzinə gəldi, üç-beş gün orada istifadə etdi, qaldı. Sonra dedi ki, ya yüz min manat ver, ya da həyat yoldaşına deyəcəyəm. Dedim ki, vermirəm. Gedib həyat yoldaşıma dedi. Prokurorluğa, polisə getdi, yekunda heç nə olmadı. Axırda görüntüləri internetə verdi. Elə bir görüntü yox idi. Mənimlə görüşür, tanış olur... Yaxşı ki, ailəm dağılmadı. Mənə dərs oldu”, - o bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol