Sosial şəbəkədə biz:

Sabiq nazirlərin institutları ləğv edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Elm və Təhsil Nazirliyinin tabeliyindəki bəzi qurumlar publik hüquqi şəxsə çevrilib.

Bu sırada iki elmi İnstitut ləğv edilir. İdarəetmə Sistemləri İnstitutunun, eləcə də Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu  publik hüququ şəxs yaradılacaq.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru sabiq təhsil naziri Misir Mərdanovdur İdarəetmə Sistemləri İnstitutunun  direktoruisə sabiq rabitə naziri Əli Abbasovdur. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol