Naxçıvanda ovçunun fermasında dağ keçiləri aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.
Onun fermasında dağ keçiləri aşkarlanıb.
Q. Məmmədova məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunub.
Araşdırmaların davam etdirildiyi bildirilir.