Sosial şəbəkədə biz:

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-ə yaxın artıb

Bu ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 402,9 milyon manat təşkil edib.

Azinforum.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3%, ilin əvvəli ilə müqayisədə 0,4 %, ötən ilin eyni dövrünə nisbətən 19,4 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 382,2 milyon manatı və yaxud 69,3 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,5 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 210,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,8 %-dən 24,5 %-ə yüksəlib.

Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 810,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2%-dən 6,2 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol