Sosial şəbəkədə biz:

İmişlidə etirazlardan sonra tutulan şəxslərin həbs müddəti artırılıb

08 April 2025, 00:15
Gündəm

Bu ilin əvvəlində İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində uşaqların (ikisi hadisə günü, bir daha sonra) vəfatından sonra baş verən etirazlarla bağlı tutulan 14 nəfərin həbs müddəti daha 1 ay artırılıb.

Bununla bağlı istintaq orqanının təqdimatını İmişli rayon Məhkəməsi təmin edib. Bundan əvvəl yanvarın 22-də məhkəmə saxlanılan şəxslərin hər biri barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi.