Sosial şəbəkədə biz:

“BakıKart”ın sahibi olan şirkət kapitalını azaldır

“K Group” MMC (VÖEN – 1402954871) nizamnamə kapitalının 23 milyon 9 manat 99 qəpikdən 19 milyon 300 min manata qədər azaldıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, elanda kreditorlardan 1 ay müddətində öz tələblərini Bakı şəhəri, Tbilisi prospekti 49/C ünvanına bildirmələri istənilib.
Məlumat üçün bildirək ki, “BakıKart”ın sahibi olan “K Group” MMC daha əvvəl “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 3. m. 13”də qeydiyyatda olub.
“K Group” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda “GMSA” MMC (VÖEN – 1402774731) adlı daha bir şirkət qeydiyyata alınıb. “K Group” MMC ilə eyni vaxtda – 2014-cü ildə dövlət qeydiyyatına alınan bu şirkətin qanuni təmsilçisi isə ləğv olunan Bakı Nəqliyyat Agentliyinin (BNA) keçmiş rəhbəri Kərimli Vüsal Ağaməmməd oğlu olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol