Sosial şəbəkədə biz:

AŞPA İmamoğluyu azad etməyə çağırdı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda keçirilən iclasında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Türkiyədə həbs olunması ilə bağlı son hadisələri müzakirə edib.
İmamoğlunun həbsi ilə bağlı qətnamə layihəsi 90 lehinə, 8 əleyhinə səslə qəbul edilib.
İki parlament üzvü isə səsvermədə bitərəf qalıb.
AŞPA həmçinin, Türkiyə hakimiyyətini İmamoğlunu dərhal azad etməyə çağırıb.
Qətnamə layihəsi Türkiyə üzrə monitorinq prosesinin bir hissəsi kimi AŞPA məruzəçiləri Stefan Şennax (Avstriya) və Lord David Blenkatra (Böyük Britaniya) tərəfindən təqdim edilən təkliflərə əsasən qəbul edilib. Layihədə İmamoğlu və eyni istintaqa daxil olan digər şübhəlilərə qarşı bütün əsassız ittihamların ləğv edilməsi tələb edilib.
Parlament üzvləri İmamoğluna qarşı bu qərarların siyasi motivlərlə verildiyini bildiriblər.
AŞPA həmçinin İmamoğlunun həbsindən sonra keçirilən etirazlar zamanı həyata keçirilən həbsləri, təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib güc tətbiqini və saxlanılan nümayişçilərə qarşı pis rəftarı qətiyyətlə pislədiyini bəyan edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol