Sosial şəbəkədə biz:

Qəzadakı sərnişin hadisədən danışdı: "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırdı" (VİDEO)

Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.

Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.

Məlumata əsasən, Sevda Həşimova proqram vasitəsilə taksi sifariş edib. Anar Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb.

Qəza zamanı xəsarət alan sərnişin Sevda Həşimova hadisə ilə bağlı bildirib:

"Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və qəfil ayağını qaza basdı. Hələ çox getməmişdik ki, birdən-birə özümü havada hiss etdim".

Ətraflı süjetdə:

https://www.youtube.com/embed/77Ia34H42HY


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol