Sosial şəbəkədə biz:

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

11 April 2025, 12:36
Gündəm

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.

Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.