Sosial şəbəkədə biz:

Rövnəq Abdullayevə bağlı şirkətlər AFFA-ya sponsorluğu dayandırıb

Ötən il AFFA-ya daxil olan vəsaitlərin ümumi məbləği 44 milyon 347 min 238 manat olub.
Əvvəlki illə müqayisədə bu vəsait 24,5% və ya 8 milyon 729 min 793 manat artıb.
Son 2 ildə AFFA-ya daxil olan pulların mənbələr üzrə məbləği aşağıdakı kimi olub:

Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən il AFFA-nın əsas sponsorlarından olan “Liv Bona Dea Hospital”, “Məlhəm Beynəlxalq Hospital” və “Rabitəbank” bu il sponsorların siyahısında yoxdur. Onların yerinə isə yeni sponsorlar – “Bank Respublika”, “Azərlotoreya”, “Paşa Sığorta”, AZAL və “Xırdalan” daxil olub.
Qeyd edək ki, AFFA-nın sponsorluğundan uzaqlaşdırılan şirkətlər SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin ailə üzvlərinə bağlı olub. Rövnəq Abdullayevin kürəkəni – 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur. Rövnəq Abdullayevin qızı Sevinc Abdullayeva isə “Liv Bona Dea Hospital”ının İdarə heyətinin üzvüdür. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol