Sosial şəbəkədə biz:

“10 yaşımdan pul qazanmağa məcbur oldum”

Xanəndə Mirələm Mirələmov uşaqlıq illərini xatırlayıb.

 36 yaşlı müğənni “Gün ortası” verilişində 10 yaşından işləmək məcburiyyətində qaldığını bildirib:

“Uşaqlıq yaşlarından işləməyə başladım. Beləcə, evə maddi dəstək edirdim. 10-12 yaşım vardı. Bu yaşımda belə çəkdiyim o yükü başa düşürdüm. Mənim üçün xoş olub. Əsas valideynlərimə az da olsa öz gücümlə maddi köməklik etmişəm.

O zamanlar oxumurdum. Oxumağın nə olduğunu tam dərk etmirdim. Musiqili məktəbə gedir və onunla bərabər o işləri görürdüm. O zaman bunları dərk edib-etmədiyimi bilmirdim. Ruhən və cismən bu işi görmək məcburiyyətində idim. Artıq 11 yaşımda düşüncə olaraq böyüdüm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol