Sosial şəbəkədə biz:

Avropa çempionatı: Daha üç güləşçimiz finalda

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda görüşdə iştirak edəcəklər.

Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda uduzublar.

Bu çəkilərdə mükafat uğrunda qarşılaşmalar sabah baş tutacaq.

Qeyd edək ki, bu gün dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda mübarizə aparacaq, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol