Sosial şəbəkədə biz:

Kartofun qiyməti gömrükdə 5 qəpik, marketlərdə 70 qəpik artıb

Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 39 min 218 ton kartof idxal olunub.
Yeniavaz.com xəbər verir ki, idxal edilən kartofun 1 kiloqramının orta gömrük dəyəri 29,6 sent (50 qəpik) təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 2 ayı ərzində ölkəyə 40 min 225,8 ton kartof idxal olunub və həmin dövrdə 1 kiloqramın orta gömrük dəyəri 26 sent (45 qəpik) olub.
Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, bu il idxal olunan kartofun gömrük dəyəri 11% və ya 5 qəpik artıb.
Bundan əlavə, ötən ilin mart ayında Azərbaycanda idxal kartofun pərakəndə satış qiyməti 90 qəpik olduğu halda, bu ilin mart ayında bu göstərici 78% artaraq 1 manat 60 qəpiyə yüksəlib.
Nəticə etibarilə, ötən il marketlərdə kartof gömrük dəyərindən 2 dəfə baha satıldığı halda, bu il həmin fərq 3,2 dəfəyə çatıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol