Sosial şəbəkədə biz:

Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır – Lavrov

Aprelin 12-də Türkiyədə Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Bayramov arasında görüş keçirilib.
Rusiya Xarici İşlər Nazirliyi verir ki, söhbət zamanı iki ölkə arasında müttəfiqlik əməkdaşlığının və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə praktiki addımlar, birgə tədbirlərin qrafiki müzakirə edilib.
Tərəflər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin, o cümlədən Xəzər Beşliyinin işinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Rusiya tərəfi Azərbaycan-Ermənistan arasında normallaşma prosesini və sülh müqaviləsinin bağlanmasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə üçtərəfli sazişlərin bütün spektrinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol