Sosial şəbəkədə biz:

Məmməd Musayev "Aqrarkredit"in sədri vəzifəsindən uzaqlaşdırıldı

Məmməd Musayev "Aqrarkredit" QSC-nin rəhbərliyindən uzaqlaşdırılıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.

S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol