Sosial şəbəkədə biz:

“Ruslar ermənilərə Şuşanı təslim etdi ki, Tehran danışıqları uğursuz olsun” - Sabiq diplomat

"İlk atəşkəs yaradılması missiyası İrana məxsus olub. Mən o dövrdə vasitəçi kimi Cənubi Qafqaz regionuna səfərlər etmişəm. Həm Ermənistanda, həm də Azərbaycansda olmuşam".

Bunu Entekhab TV-yə müsahibəsində İranın veteran diplomatı Mahmud Vaezi deyib.

O əlavə edib: "Gürcüstana və Rusiya getmişəm. Hətta Qarabağda olmuş və onların qondarma rəsmləri lərlə görüşmüşm. Hər iki tərəf - Azərbaycan və Ermənistan vasitəçiliyimizə hörmətlə yanaşıb. Amma Rusiya bu missiyamıza o cür münasibət bəsləmirdi".

Mahmud Vaezi 1992-ci ildə Tehranda Azərbaycan Milli Məclisinin sədri, Prezident əvəzi Yaqub Məmmədov və Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında keçirilmiş görüşün nəticələrini xatırlayıb:

"Prezident Rəfsəncani o zaman hər iki ölkənin dövlət başçısını qəbul etdi. Amma 1992-ci ildə ruslar ermənilərə [Qarabağda] bir məntəqəni (Şuşa - red.) ələ keçirməyə kömək etdilər, nəticədə Tehranda Bakı-İrəvan atəşkəs danışıqları uğursuzluğa düçar oldu.

[Ruslar] boyunlarına almadılar, dedilər, bizlik deyil, separatçılara əmr Ermənistandan verilib". /yenisabah.az/


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol