Sosial şəbəkədə biz:

Mərhum meyxanaçının anası: "Övladımın məzarını ziyarət edə bilməmişəm" - VİDEO

"Xəyyam kimi oğul itirmək özü böyük dərddir".

Bu sözləri mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva deyib.

O, hələ də övladının məzarını ziyarət edə bilmədiyini söyləyib:

"Ayaqlarım yerimir, qollarım ağrıyır. Bu yaşda necə gedim? Biz çox tez ayrıldıq. Hələ 47 yaşı tamam olmamışdı, bizi tez tərk etdi. Otağı necə varsa, elə də qalıb. Elə bilirəm, indi o otaqdan çıxacaq və soruşacaq ki, "Ana, necəsən?". Onu həmişə gözləyirdim ki, evə gəlsin, sonra yatım. İndi də gözləyirəm ki, balam gəlsin.

Hələ məzarına gedə bilməmişəm. Şəklini görmüşəm, yalvarmışam ki, qayıt, gəl evimizə. Amma gəlməyib. Doymamış getdik bir-birimizdən".

Qeyd edək ki, ötən ilin dekabrında vəfat edən Xəyyamın ürəyində problem var idi.

https://www.youtube.com/embed/JeM9mXqGT9k


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol