Sosial şəbəkədə biz:

“Sahil” metrosunun yaxınlığında baş vemiş yanğın söndürülüb

14 July 2016, 17:21
Gündəm
Bülbül prospekti, 2 ünvanında baş vermis yanğın qeyri-yaşayış sahəsindən başlayıb. Virtualaz.org-un müxbiri xəbər verir ki, hadisə yerinə 11 yanğınsöndürən maşın cəlb olunub. Hazırda ərazidə alovun qarşısı alınıb, amma tüstü müşahidə olunur. Yanğın zamanı xəsarət alan olmayıb. 4-cü mərtəbədə 8 mənzilin sakinləri təxliyyə edilib, onlara ilkin tibbi yardım göstərilib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil, sakinlərdən bəziləri bunun hətta qəsdən törədilə biləcəyi ehtimalını da inkar etmirlər.   *   *   *15:22 Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən binalardan birində yanğın baş verir. Trend-in məlumatına görə, artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hadisə yerinə təcili tibbi yardım briqadası da göndərilib. Yanğının konkret hansı binada baş verdiyi dəqiqləşdirilir.