Sosial şəbəkədə biz:

“Prezident tapşırıb ki, bütün binalara mühafizəçi qoyulsun”

Bakı meri Hacıbala Abutalıbov növbəti dəfə hadisə yerinə gəlib. “Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, o, jurnalistlərə hadisə ilə bağlı açıqlama verib. Abutalıbov bildirib ki, təxribat variantı da istisna edilmir: “Təxribat ehtimalı üzrə araşdırma aparılır. Prezident İlham Əliyev tapşırıq verib ki, bütün binalara mühafizəçi qoyulsun. Bakıda bu üzlüklə üzlənmiş 140 bina var. Hamısından nümunə götürüləcək. Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq. Bu binada olan üzlüklər 146 dərəcədə yanır. Amma 546 dərəcədə yanmalıdır. O material baha olduğu üçün ucuz üzlük vurublar. Ekspertiza həmin üzlüklərin insan həyatına ziyanlı olub olmaması ilə bağlı qərar verəcək”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol