Sosial şəbəkədə biz:

Deputat: “Yağışların yağması və güclü külək nəticəsində problemlər ortaya çıxdı...”

“Ölkəmizdə yol infrastruktrunun inkişafı üçün cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi vəsait ayrılır, avtomobil yolları genişləndirilir.  Ötən gün baş verən yağışlı hava şəraitində Quba yolunda, Bakı metrosunun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında avtomobil yolunun bir hissəsi sıradan çıxdı. Yeni çəkilən yolların layihəsi hazırlanarkən bu kimi təbii fəalkətlər nəzərə alınmalıdır. Görünür, nəzərə alınmayıb. Bütün bunlar yollarda aparılan təmir işlərində, yeni yolların çəkilməsində müəyyən qədər problemlərin olduğunu göstərir. Eləcə də digər şəhərdaxili yollarda kanalizasiya problemi yenidən yaşandı. Şəhərin kanalizasiya sistemi  köhnədir, yenilənməsi vacibdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Aqrar siyasət komitəsinin üzvü Cavanşir Paşazadə deyib.

“Rayonlarda sel suları nəticəsində gərginlik yaşandı, evlər su altında qaldı. Dünyada da bu kimi hadisələr baş verir. Yağışların intensiv yağması, güclü külək nəticəsində problemlərin ortaya çıxmasına şahidlik edirik. Azərbaycanda da bu kimi hallar olur, olacaq da. Təbii fəlakətdir, normadan artıq yağan yağışın törətdiyi fəsadlardır. Düşünürəm, yaranan problemlər tezliklə aradan qaldırılacaq, gələcəkdə də nəzərə alınacaq”, - deputat bildirib.

C.Paşazadə “Bağırov” körpüsündə yaranan problemə də diqqət çəkib: ““Bağırov” körpüsünün sökülməsi vacibdir. Təxminən, bu körpü 100 ildən artıqdır, tikilib. Düşünürəm, ərazidəki kanalizasiya sistemi, struktur həmin dönəmlərin şərtlərinə uyğundur. Şəhər dəyişib, yollar genişlənib və bu körpü standartlara cavab vermir. Müasir formada körpü tikilsə, kanalizasiya sistemi yenidən qurulsa, daha yaxşı olar”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol